
İndoneziyanın Qərbi Yava əyalətində güclü yağışların səbəb olduğu torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 25-ə çatıb.
APA xəbər verir ki, polis sürüşmədə ölənlərin sayının 25-ə çatdığını və onların şəxsiyyətinin müəyyən edilməsi üçün aidiyyəti qurumlara təhvil verildiyini açıqlayıb.
Ərazidə axtarış-xilasetmə əməliyyatları çətin ərazi şəraitinə görə müvəqqəti olaraq dayandırılıb.


