Çində üzərinə tüfəng quraşdırılan dron sınaqlardan uğurla keçdi

Baş səhifə

Bakı. Trend:

Çində üzərinə tüfəng quraşdırılan eksperimental pilotsuz uçuş
aparatının uçuş sınaqları həyata keçirilib.

Trend xəbər verir ki, bu
barədə South China Morning Post (SCMP) qəzetində dərc olunan
tədqiqat materialında məlumat verilib.




Bildirilib ki, sınaqlar zamanı PUA hədəfdən 100 metr uzaqlıqda
20 dəfə ardıcıl olmayan atəş açıb və bütün atışlar yüksək
dəqiqliklə hədəfə dəyib. 50 metr məsafədə aparılan daha qısa test
zamanı isə 20 atəşdən 19-u dəqiq nəticə göstərib. Dronu istehsal
edən Wuhan Guide Infrared şirkətinin baş mühəndisi Szyan Huaszyan
bunun səbəbini bir mərminin texniki qüsuru ilə əlaqələndirib.

Qeyd edilib ki, xüsusi hazırlanmış və ya dəyişdirilmiş
silahlardan istifadə edən əvvəlki PUA-lardan fərqli olaraq, bu
dronun gövdəsinə standart piyada tüfəngi inteqrasiya olunub.