A Seriyası: “Yuventus” “Napoli”ni məğlub edib

Baş səhifə

İtaliya A Seriyasında XXII turun oyunları davam edir.

Apasport.az xəbər verir ki, günün ilk matçında “Sassuolo” öz meydanında “Kremoneze”ni qəbul edib.

Gərgin keçən oyunun taleyini 1 qol həll edib. Görüş meydan sahiblərinin minimalhesablı qələbəsi ilə yekunlaşıb – 1:0.

Turun mərkəzi matçında isə “Yuventus” azarkeşləri qarşısında “Napoli”ni sınağa çəkib. “Qoca sinyora” rəqibini 3 cavabsız qolla məğlub etməyi bacarıb – 3:0.

İtaliya A Seriyası
XXII tur
15:30. “Sassuolo” – “Kremoneze” – 1:0
18:00. “Cenoa” – “Bolonya” – 3:2
18:00. “Atalanta” – “Parma” – 4:0
21:00. “Yuventus” – “Napoli” – 3:0