
Türkiyə Super Liqasında XIX turun oyunları davam edir.
Apasport.az xəbər verir ki, günün ilk qarşılaşmasında “Qaziantepspor” doğma meydanda “Konyaspor”u qəbul edib.
Gərgin mübarizə şəraitində keçən görüşdə qalib müəyyənləşməyib – 1:1.
Lider “Qalatasaray”ı yaxından təqib edən “Fənərbaxça” isə ev oyununda xal itkisi ilə üzləşib. İstanbul təmsilçisi “Göztəpə” ilə qarşılaşmada 1:1 hesablı heç-heçəyə razılaşıb.
Türkiyə Super Liqası
XIX tur
15:30. “Qaziantepspor” – “Konyaspor” – 1:1
18:00. “Antalyaspor” – “Gənclərbirliyi” – 2:1
18:00. “Rizəspor” – “Alanyaspor” – 1:1
21:00. “Fənərbaxça” – “Göztəpə” – 1:1


