Hindistanda gil karxanasının çökməsi nəticəsində üç nəfər öldü

Baş səhifə

Bakı. Trend:

Hindistanın Madhya Pradeş əyalətinin Sinqrauli rayonunda gil
karxanasının çökməsi nəticəsində üç nəfər ölüb, iki nəfər isə ağır
yaralanıb.

Trend-in Hindistan
KİV-lərinə istinadən verdiyi məlumata görə, hadisə rayon
mərkəzindən təxminən 70 kilometr məsafədə, Jiavan polis bölməsinin
tabeliyində olan Kundvar postunun Parsohar kəndində baş verib.




Çökmə gil çıxarılması zamanı baş verib və beş nəfər dağıntılar
altında qalıb. Hadisə yerinə cəlb olunan xilasedicilər yalnız iki
nəfəri xilas edə biliblər.