ABŞ-də qasırğa nəticəsində 230 min ev elektriksiz qalıb

Baş səhifə

Bakı. Trend:

ABŞ-də baş verən qasırğa səbəbindən təxminən 230 min ev
elektriksiz qalıb.

Trend xəbər verir
ki, məlumatı “CBS News” yayıb.




Nyu-York qubernatoru Keti Hoxul yaxınlaşan qar fırtınası ilə
əlaqədar ştat üzrə fövqəladə vəziyyət elan edib. Qubernator
bildirib ki, bu addım resursların səmərəli şəkildə
yerləşdirilməsinə imkan verəcək.

Hoxul cavab tədbirlərini Nyu-York şəhər meri Zöhran Mamdani ilə
əlaqələndirib. Hakimiyyət orqanları sakinlərdən mümkün olduqda evdə
qalmalarını xahiş edib.