Şirvanda 36 yaşlı şəxsi bıçaqlayan saxlanılıb

Baş səhifə

Şirvanda 36 yaşlı şəxsi bıçaqlayan yaxalanıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, cinayət əməlini törədən Şirvan şəhər sakini, 1997-ci il təvəllüdlü İbrahim Abdullayev polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

***

24 yanvar

Saat 21:17

Şirvanda 36 yaşlı şəxs bıçaqlanıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvan şəhərində bıçaqlanma hadisəsi baş verib.

Hadisə şəhərin Köhnə şəhər massivində qeydə alınıb. Məlumata əsasən, şadlıq saraylarından birində keçirilən toy mərasimindən çölə çağırılan Şirvan sakini, 1990-cı il təvəllüdlü Mahir Habil oğlu Ədilov tanımadığı şəxs tərəfindən bıçaqlanıb.

Zərərçəkən qarın boşluğuna daxilə nüfuz edən bıçaq xəsarəti ilə Şirvan şəhər xəstəxanasına yerləşdirilib və əməliyyata götürülüb.

Faktla bağlı araşdırma aparılır.