İndoneziyada torpaq sürüşməsi qurbanlarının sayı 16-ya yüksəlib

Baş səhifə

Bakı. Trend:

İndoneziyanın Qərbi Yava əyalətində baş verən torpaq sürüşməsi
nəticəsində həlak olanların sayı 16 nəfərə çatıb.

Trend “Xinhua”
agentliyinə istinadən xəbər verir ki, meyitlər Qərbi Bandunq
bölgəsinin Çisarua ərazisində aşkar edilib. Tapılan 16 meyitdən
yalnız yeddisinin şəxsiyyəti müəyyən olunub. Qalan qurbanların
kimliyi DNT testləri vasitəsilə dəqiqləşdirilir, şəxsiyyəti hələ
müəyyən edilməyən meyitlər isə müvəqqəti olaraq yerli xəstəxanada
saxlanılır.




Xatırladaq ki, bundan əvvəl İndoneziya Milli Axtarış və
Xilasetmə Agentliyi (NSA) dağıntılar altında qaldığı ehtimal edilən
təxminən 80 nəfərin axtarışı üçün 250 nəfərə yaxın şəxsi heyəti
əraziyə cəlb etmişdi.