
Bakı. Trend:
“Liverpul” klubu baş məşqçi Arne Slotla yolları ayırmaq
ərəfəsindədir və bu postla bağlı planlar çərçivəsində Xabi
Alonsonun ətrafı ilə əlaqə saxlayıb.
Trend xəbər verir
ki, mersisayd təmsilçisi ispan mütəxəssisə komandanın sükanı
arxasında onu görmək istədiyini çatdırıb.
Məlumata görə, Xabi Alonso yenidən işə qayıtmağa hazırdır, lakin
ona təqdim olunan ilk təkliflə dərhal razılaşmaq niyyətində deyil.
Bildirilir ki, 42 yaşlı mütəxəssis gələcək karyerası ilə bağlı
qərar verərkən layihənin idman baxımından perspektivlərini və
uzunmüddətli planlarını əsas meyar kimi götürür. Bu səbəbdən o,
bütün variantları diqqətlə dəyərləndirmək istəyir.
Qeyd edək ki, Xabi Alonso futbolçu karyerası ərzində
2004–2009-cu illərdə “Liverpul” klubunun formasını geyinib.


