Bakı. Trend:
İngiltərənin “Bornmut” və Braziliyanın “Vasko da Qama” klubları
braziliyalı hücumçu Rayanın transferi ilə bağlı bütün detalları
razılaşdıraraq müqavilə bağlayıblar.
Trend xəbər verir
ki, futbolçu artıq İngiltərəyə yollanıb və yanvarın 26-da tibbi
baxışdan keçəcək.
Razılaşmaya əsasən, “Bornmut” “Vasko da Qama”ya 28,5 milyon avro
sabit məbləğ və əlavə olaraq 6,5 milyon avro bonus olmaqla
ümumilikdə 35 milyon avro (70 milyon AZN) ödəyəcək.
Rayan “Vasko da Qama”nın əsas komandasında 2023-cü ilin yayından
çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 99 oyunda
meydana çıxaraq 25 qol vurub və iki məhsuldar ötürmə ilə yadda
qalıb. Futbolçunun klubla mövcud müqaviləsi 2028-ci ilin sonunadək
qüvvədədir.
Transfermarkt portalının məlumatına görə, Rayanın bazar dəyəri
25 milyon avro (50 milyon AZN) təşkil edir.

