Bakı. Trend:
Yaponiyanın qərb sahilində yerləşən İşikava prefekturasında
güclü qar yağışı nəticəsində 13 nəfər xəsarət alıb.
Trend-in xəbərinə
görə, məlumatı NHK yayıb. Prefekturanın paytaxtı Kanazavada cəmi
bir gündə təxminən 50 santimetr qar düşüb.
Məlumata görə, son 24 saat ərzində prefekturada buzlu yollarda
qar yığınları səbəbindən 32 yol-nəqliyyat hadisəsi baş verib,
nəticədə doqquz nəfər xəsarət alıb. Bundan əlavə, qarda yıxılma
halları nəticəsində dörd nəfər xəstəxanalara müraciət edib.

