Evdən 29 min manatlıq qızıl oğurlayan şəxs saxlanılıb

Baş səhifə

Bakı. Trend:

Yasamal rayonu ərazisində naməlum şəxs evlərdən birinin
qapısının açıq olmasından istifadə edərək mənzilə daxil olub və ev
sahibinə məxsus 900 manat, həmçinin 29 min manat dəyərində
qızıl-zinət əşyaları oğurlayıb.

Trend xəbər verir
ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli
törətməkdə şübhəli bilinən, əvvəllər soyğunçuluqla əlaqəli cinayətə
görə məhkum olunmuş 52 yaşlı M.Hüseynova müəyyən edilərək
saxlanılıb.




Araşdırma zamanı onun oğurladığı qızıl-zinət əşyalarının bir
hissəsini satdığı məlum olub.

Araşdırmalar davam etdirilir.