Atəşkəs uzadılsa da, Hələb və şərqə əlavə qüvvələr cəlb edilir

Baş səhifə

Suriya hökuməti ilə kürdlərin rəhbərlik etdiyi Suriya Demokratik Qüvvələri arasında əldə olunmuş atəşkəs razılaşması 15 gün daha uzadılıb.

APA xəbər verir ki, bu barədə Al Hadath məlumat yayıb.

Məlumata görə, bu qərar xüsusilə şimal-şərq Suriya ərazilərində İŞİD yaraqlılarının ABŞ dəstəyi ilə İraqa köçürülməsi üçün şərait yaratmaq məqsədi ilə qəbul olunub.

Uzadılmış atəşkəsə baxmayaraq, hökumət və Suriya Demokratik Qüvvələri arasında qarşıdurma təhlükəsi hələ də mövcuddur. Suriya ordusunun şərqə və Hələb bölgəsinə hərbi qüvvə və əlavə dəstək göndərdiyi, Suriya Demokratik Qüvvələri isə hələ də müqaviləyə sadiq olduğunu bəyan etdiyi bildirilir. Bu hərbi gücləndirmə atəşkəsin kövrək olduğunu göstərir.