Bakı. Trend:
ABŞ-nin Alyaska ştatının şimalında böyük bir səyyar qazma
qurğusu hərəkət edərkən çöküb.
Trend-in məlumatına görə, bu barədə “Alaska’s News Source”
portalı xəbər verib.
Məlumata əsasən, ciddi xəsarət alan yoxdur.
Bildirilib ki, “ConocoPhillips” şirkətinin Alyaska qazma
qurğusunda yanğın baş verib, nəticədə qurğu əyilib düşüb.
“Ətraf mühitə dəyən ziyan minimaldır, neft infrastrukturu və
obyeklər zədələnməyib”, – deyə ştatın qubernatoru Mayk Danlivi
bildirib.

