Bakı. Trend:
Suriya keçid hökumətinə tabe olan Müdafiə Nazirliyi “Suriya
Demokratik Qüvvələri” (SDQ) koalisiyası ilə atəşkəsin 15 gün
uzadıldığını elan etdi.
Trend-in
məlumatına görə, bu barədə “SANA” agentliyi xəbər verib.
Məlumata əsasən, qərar 24 yanvar tarixində yerli vaxtla saat
23:00-da qüvvəyə minib.
“Atəşkəsin uzadılması ABŞ-ın SDQ həbsxanalarından İraqa “İŞİD”
üzvü olan məhbusların köçürülməsi əməliyyatlarına dəstəyi
çərçivəsində həyata keçirilir”, – deyə nazirlik qeyd edib.

