Bakı. Trend:
ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff
gələn həftə Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli
danışıqların yeni mərhələsinin keçirilməsi planlarını
təsdiqləyib.
Trend-in məlumatına görə, bu barədə Stiven Uitkoff “X” sosial
şəbəkəsində yazıb.
“Cümə və şənbə günləri ABŞ, Ukrayna və Rusiya BƏƏ-nin ev
sahibliyi ilə üçtərəfli görüş keçiriblər. Danışıqlar çox
konstruktiv keçib və müzakirələrin gələn həftə Əbu-Dabidə davam
etdirilməsi planlaşdırılıb”, – deyə S.Uitkoff bildirib.
O əlavə edib ki, Tramp administrasiyası münaqişəyə “son
qoymaqda” qərarlıdır.

