“Aston Villa”nın yetirməsi “Turan Tovuz”a keçib

Baş səhifə

Bakı. Trend:

“Turan Tovuz” Coş Cinnellini transfer edib.

Trend-in
məlumatına görə, “Aston Villa”nın yetirməsi olan ingiltərəli
futbolçu ilə 1,5 + 1 illik müqavilə bağlanıb.




Son olaraq, İngiltərə Çempionşipində mübarizə aparan “Suonsi”nin
formasını geyinmiş 28 yaşlı hücumçu karyerası ərzində vətənində
“Şrusberi”, “Börnli”, “Altrinhem”, “Linkoln”, “Tranmer”, “Uolsol”,
“Preston”, “Bristol Rovers”, Şotlandiyada isə “Harts”ın şərəfini
qoruyub