Fransanın Baş naziri hökumətdə dəyişikliklər etmək niyyətindədir

Baş səhifə

Bakı. Trend:

Fransanın Baş naziri Sebastyan Lekornu hökumətin tərkibində
yenidənqurma aparmaq niyyətindədir.

Trend-in
məlumatına görə, bu barədə “La Tribune Dimanche” qəzeti Nazirlər
Kabinetindəki mənbəyə istinadən bildirib.




“Baş nazir dövlət büdcəsinin yekun təsdiqindən sonra hökumətin
tərkibində dəyişikliklər edilməsi barədə Prezidentə təklif vermək
niyyətindədir”, – deyə bildirilib.

Paris meri vəzifəsi uğrunda mübarizəyə diqqət yetirmək üçün
hökumətdən ayrılmaq niyyətini açıqlayan mədəniyyət naziri Rəşidə
Dati ilə yanaşı, regional seçkilərdə iştirak edəcək idman, gənclər
və icma işləri naziri Marina Ferrari və kənd işləri üzrə
nazir-nümayəndə Mişel Furnye də kabinetdən ayrıla bilər.