Bakı. Trend:
ABŞ-nin Minnesota ştatının Minneapolis şəhərində Sərhəd Patrul
Xidmətinin əməkdaşı silahlı şəxsə atəş açıb.
Trend-in
məlumatına görə, bu barədə “Fox News” televiziya kanalı mənbələrə
istinadən xəbər verib.
“CNN” telekanalı polisə istinadən bildirib ki, Minneapolis
şəhərində Sərhəd Patrul Xidmətinin əməkdaşı tərəfindən güllələnən
şəxs ölüb.
Ölən şəxsin silahlı olduğu qeyd olunub, lakin atışmanın dəqiq
nədən qaynaqlandığı hələlik məlum deyil.
Minnesota qubernatoru Tim Uolts hadisəyə cavab olaraq ABŞ
prezidenti Donald Trampdan “minlərlə qəddar, təlim keçməmiş agenti”
dərhal ştatdan çıxarmağı tələb etdi.

