
Bakı. Trend:
ABŞ qoşunları Venesuelada keçirilən əməliyyat zamanı gizli
silahlardan istifadə edib.
Trend-in
məlumatına görə, bu barədə D.Tramp “New York Post” qəzetinə verdiyi
müsahibədə deyib.
Nəşr bildirib ki, ABŞ prezidenti təsviri olaraq “the
discombobulator” adlandırdığı və Azərbaycan dilinə “çaşdırıcı” kimi
tərcümə edilə bilən silah haqqında “danışmağa icazə verilmədiyini”
bildirib.
“Onlar raketləri havaya qaldıra bilmədilər. Onların Rusiya və
Çin raketləri var idi və onlar havaya qalxmadı. Biz içəri girdik,
düymələri basdılar, amma heç nə işləmədi”, – deyə D.Tramp qeyd
edib.


