
Aktrisa Məsumə Babayevanın dəfn mərasiminin vaxtı və məkanı açıqlanıb.
APA xəbər verir ki, mərhumun dəfn mərasimi yanvarın 25-də 12:00-da Suraxanı rayonu, Vahid Xəlilov küçəsi 23A ünvanında, Qış klubunun yaxınlığında keçiriləcək.
Qeyd edək ki, Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktrisası Məsumə Babayeva uzun sürən xəstəlikdən sonra vəfat edib.
***
18:20
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktrisası Məsumə Babayeva vəfat edib.
Bu barədə APA-ya Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının mətbuat xidmətinin rəhbəri Samirə Əşrəf xəbər verib.
O bildirib ki, aktrisa bu gün axşam saatlarında uzun sürən xəstəlikdən dünyasını dəyişib.
Qeyd edək ki, aktrisa 23 sentyabr 1951-ci ildə anadan olub. O, Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb. 1972-ci ildə institutu bitirdikdən sonra təyinatla Gənc Tamaşaçılar Teatrına göndərilib. Aktrisa 2014-cü ildə “Fəxri Mədəniyyət İşçisi” döş nişanı, 2016-cı ildə Azərbaycan Teatr Xadimləri İttifaqının “Sənətkar” medalı və 2018-ci ildə “Tərəqqi” medalı ilə təltif olunub.
Allah rəhmət eləsin.


