
Bakı. Trend:
2025-ci ildə Azərbaycanla Rusiya arasında ticarət
əməliyyatlarının həcmi 4,920 milyard ABŞ dolları təşkil edib.
Trend bu
barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata əsasən, bu, 2024-cü ildəki göstərici ilə müqayisədə
120,4 milyon ABŞ dolları və ya 2,5% çoxdur.
Hesabat dövründə Rusiya ilə ticarət dövriyyəsi Azərbaycanın
ümumi ticarət dövriyyəsinin 10,08%-i həcmində olub. Bununla da
Rusiya hesabat dövrü ərzində Azərbaycanın ən çox ticarət
əməliyyatları apardığı ölkələr sırasında 3-cü pillədə
qərarlaşıb.
Ötən il Azərbaycandan Rusiyaya 1,184 milyard dollarlıq məhsul
ixracı qeydə alınıb. Bu, 2024-cü illə müqayisədə 5,4 milyon ABŞ
dolları və ya 0,5% çoxdur.
Dövr ərzində Rusiyaya ixrac əməliyyatlarının 1,174 milyard ABŞ
dolları qeyri-neft məhsullarının payına düşüb ki, bu da illik
müqayisədə 12,4 milyon ABŞ dolları və ya 1,1% çoxdur. Rusiyaya
qeyri-neft məhsulları ixracı Azərbaycanən ümumi ixracının 34,62%-ni
təşkil edib ki, bunula da sözügedən ölkə Azərbaycanın ən çox
qeyri-neft məhsulları alıcısına çevrilib.
Hesabat dövründə Rusiyadan Azərbaycana isə 3,736 milyard ABŞ
dolları dəyərində ixrac əməliyyatları icra olunub ki, bu da 2024-cü
illə müqayisədə 115 milyon ABŞ dolları və ya 3,2% artım deməkdir.
Bununla da hesabat dövründə Rusiya Azərbaycanın ən çox məhsul idxal
etdiyi ölkələr sırasında Çindən sonra ikinci pillədə
qərarlaşıb.
Qeyd edək ki, 2025-ci ildə Azərbaycan xarici ölkələrlə 49,423
milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu,
əvvəlki ilə nisbətən 1,810 milyard dollar və ya 3,8% çoxdur.
Xarici ticarət dövriyyəsinin 25,043 milyard ABŞ dolları ixracın,
24,380 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə
ixrac 1,5 milyard dollar və ya 5,7% azalıb, idxal isə 3,322 milyard
dollar və ya 15,8% artıb.
Yekunda xarici ticarətdə 663 milyon dollarlıq müsbət saldo
yaranıb ki, bu da illik müqayisədə 4,833 milyard dollar və ya 8,3
dəfə azdır.


