Donald Tramp Davosda yalnız Prezident İlham Əliyev və Volodimir Zelenski ilə təkbətək görüşdü

Baş səhifə

Bakı. Trend:

Dünya iqtisadi gündəmini formalaşdıran beynəlxalq forum – Davos
İqtisadi Forumu başa çatdı. Bu toplantıda iqtisadi-siyasi
dialoqlar, sazişlərin imzalanması ilə yanaşı bir neçə mühüm məqam
da diqqət çəkdi.

Dünya siyasətində həlledici rol oynayan dövlətin rəhbəri
– ABŞ Prezidenti Donald Tramp forum çərçivəsində cəmi iki ölkə
başçısı ilə təkbətək görüşdü: Azərbaycan Prezidenti İlham Əliyev və
Ukrayna Prezidenti Volodimir Zelenski ilə.

Təkcə bu reallıq Azərbaycan Prezidenti İlham Əliyevin yeni dünya
idarəçiliyindəki artan nüfuzunun parlaq göstəricisi kimi
qiymətləndirilir. Onlarla dövlət və hökumət başçısının, habelə
qlobal iqtisadi elitanın aparıcı nümayəndələrinin iştirak etdiyi
yüksək səviyyəli beynəlxalq forum çərçivəsində Prezident İlham
Əliyevin ABŞ Prezidenti Donald Trampla təkbətək görüşü Azərbaycan
dövlət başçısının beynəlxalq siyasi nüfuzunun, şəxsi etibarının və
qlobal liderlər dairəsində qəbul olunan aktor statusunun bariz
göstəricisidir. Bu görüş İlham Əliyevin təkcə regional lider deyil,
eyni zamanda qlobal siyasi dialoqda birbaşa təmas qurmaq imkanına
malik etibarlı tərəfdaş kimi dəyərləndirildiyini təsdiqləyir.