
Bakı. Trend:
İspaniyanın “Atletiko” klubunun heyətində ciddi itki baş
verib.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, La Liqa nəhənginin hücumçusu Antuan
Qrizmann sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat
yayıb.
Fransalı futbolçu komandanın məşqi zamanı sol ayaq əzələsindən
zədələnib. 34 yaşlı forvardın yaşıl meydanlara qayıdış tarixi
müalicə prosesindən asılı olacaq.
Qeyd edək ki, Antuan Qrizmann bu mövsüm “Atletiko”nun heyətində
meydana çıxdığı 30 rəsmi matçda 10 qol və 1 məhsuldar ötürmə ilə
yadda qalıb. Onun klubla müqaviləsi 2027-ci ilin yayına kimi
nəzərdə tutulub.


