BƏƏ 8 Özbəkistan vətəndaşına ömürlük həbs cəzası verdi – səbəb

Baş səhifə

Birləşmiş Ərəb Əmirliklərinin Dubay məhkəməsi kütləvi davaya görə 8 Özbəkistan vətəndaşına ömürlük həbs cəzası verib.

Modern.az xəbər verir ki, hadisə 2025-ci ilin yazında BƏƏ-də baş verib. Toqquşmada iki Özbəkistan vətəndaşı həlak olub. Dubay polisi daha sonra davanın 11 iştirakçısını saxlayıb.

Özbəkistan Xarici İşlər Nazirliyinin məlumatına görə, 8 nəfər ömürlük həbs cəzası, 1 nəfər 25 il müddətinə azadlıqdan məhrum edilib.