İndoneziyada torpaq sürüşməsi – Azı 7 nəfər ölüb

Baş səhifə

Bakı. Trend:

İndoneziyanın Qərbi Yava əyalətində böyük tələfata səbəb olmuş
torpaq sürüşməsi baş verib.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.




İndoneziyanın Fəlakət fəsadlarının idarəolunması agentliyinin
rəsmisi Abdul Muhari təbii fəlakət nəticəsində 7 nəfərin öldüyünüyü
bildirib. 82 nəfər itkin düşüb.

Xatırladaq ki, ötən ay leysan yağışlardan sonra baş verən torpaq
sürüşmələri və daşqınlar nəticəsində Şimali Sumatra, Qərbi Sumatra
və Açi əyalətlərində 1170-dən çox insan həyatını itirib.