
Fransalı senator Remi Feraud Senatda Suriya ordusunun terrorçu kürdlərə qarşı əməliyyatından narazılığını bildirib.
Modern.az xəbər verir ki, o, hökuməti hadisələrə müdaxilə etməyə çağırıb:
“Kürd muxtariyyəti Donald Trampın Rəcəb Tayyib Ərdoğana Suriya rejimi qüvvələri ilə birlikdə bu hücumu başlatmağa icazə verməsi səbəbindən dağılıb”, – o deyib.
O eyni zamanda Fransanın diqqətinin İran, Ukrayna və Qrenlandiya məsələlərinə yönəldiyi bir vaxtda Suriyada baş verən hadisələrə reaksiya verə bilməməsindən gileylənib.


