Misli Premyer Liqasında 17-ci turun oyunları keçiriləcək

Baş səhifə

Bakı. Trend:

Misli Premyer Liqasında 17-ci tur davam edir.

Trend xəbər
verir ki, 2-ci oyun gününə 2 matç nəzərdə tutulub.

Əvvəlcə “Şamaxı” “Qəbələ”ni qəbul edəcək. Görüş saat 14:00-da
başlayacaq. Bu komandalar arasında 1-ci dövrənin oyununda “Şamaxı”
1:0 hesablı qələbə qazanıb.

Günün 2-ci matçında “Qarabağ” evdə “Kəpəz”lə qarşılaşacaq. Oyun
saat 16:30-da start götürəcək. Sözügedən komandaların 1-ci
dövrədəki görüşündə Ağdam təmsilçisinin 1:0 hesablı qalibiyyəti
qeydə alınıb.

24 yanvar (şənbə)

14:00. “Şamaxı” – “Qəbələ”
Hakimlər: Rəşad Əhmədov, Rəhman İmami, Teymur Teymurov, Əkbər
Əhmədov
VAR: Kamranbəy Rəhimov
AVAR: Müslüm Əliyev
Şamaxı şəhər stadionu

16:30. “Qarabağ” – “Kəpəz”
Hakimlər: Vüqar Həsənli, Kamran Bayramov, Gülnurə Əkbərzadə, Elvin
Bayramov
VAR: Rəvan Həmzəzadə
AVAR: Pərvin Talıbov
“Azersun Arena”




25 yanvar (bazar)

16:00. “Turan Tovuz” – “Sumqayıt”

18:30. “Sabah” – “Karvan-Yevlax”

23 yanvar (cümə)

“Neftçi” – “Zirə” – 0:0

“İmişli” – “Araz-Naxçıvan” – 2:2