Pentaqon yaxınlığında pizza sifarişləri artıb

Baş səhifə
Pentaqon yaxınlığında pizza sifarişləri artıb

Pentaqon ətrafındakı pizzaxanalarda çatdırılma tələbi artıb.

“Report”un xəbərinə görə, bunu “Pentagon Pizza Index”in məlumatları göstərir.

“Hazırlıq vəziyyəti (“DoughCon”) 4. Gücləndirilmiş kəşfiyyat müşahidəsi”, – portal bildirib.

Qeyd olunur ki, tələbat iki restoranda 50 %, digərində isə dərhal 179 % artıb.

Xatırladaq ki, Pentaqon yaxınlığında pizza tələbatının artımı daha əvvəl ABŞ Prezidenti Donald Trampın Venesuela lideri Nikolas Maduronun ələ keçirildiyini elan etdiyi 3 yanvarda müşahidə olunmuşdu.