
Bakı. Trend:
Kol Palmer “Çelsi”ni tərk etməyəcək. Əvvəl Britaniya mətbuatı
məlumat vermişdi ki, yarımmüdafiəçi “Çelsi”də darıxır və “Mançester
Yunayted”ə keçə bilər.
Trend “The
Telegraph”a istinadən xəbər verir ki, 23 yaşlı oyunçu belə
niyyətləri barədə London klubunun rəhbərliyinə məlumat verməyib.
Keçən İngiltərə çempionatının ən yaxşı oyunçularından biri olan
Palmer “Çelsi” üçün toxunulmazlardan hesab olunur, onu satmaq
planlaşdırılmır.
Qeyd edək ki, Palmerin “zadəganlar”la müqaviləsi 2033-cü
ilədəkdir.


