
Fransanın Marsel Prokurorluğu Rusiyadan neft daşıdığına görə beynəlxalq sanksiyaları pozmaqda şübhəli bilinən “Qrinç” adlı neft tankeri ilə bağlı yoxlamaya başlayıb.
“Report” xəbər verir ki, bu barədə “France24” məlumat yayıb.
“Sanksiyaları pozan və Rusiyanın “kölgə donanması”na aid olduğu ehtimal edilən tanker Fransanın Marsel-Fos limanına gətiriləcək”, – nəşr yazıb.
Bildirilib ki, Fransa hüquq-mühafizə orqanları İspaniya və Mərakeş arasındakı limanlara doğru hərəkət edən və Rusiyanın Arktik limanı olan Murmanskdan çıxan neft tankerinin göyərtəsinə qalxıblar. Tankerin fevralın 24-də səhər saatlarında Fransanın cənubundakı Marsel-Fos limanına çatacağı gözlənilir.
Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron yanvarın 22-də Aralıq dənizində Rusiyadan gələn tankerin saxlanıldığını bildirib. Məlumat üçün bildirək ki, “Qrinç” tankerinin saxlanılmasında Fransa Hərbi Dəniz Qüvvələrinə (HDQ) Böyük Britaniya yardım göstərib.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin


