
Bakı. Trend:
Ukraynadakı münaqişənin həlli ilə bağlı proses davam edir və
“Ankoric formulu”nun həyata keçirilməsi mühüm əhəmiyyət
daşıyır.
Trend xəbər verir ki, bu
fikirləri Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov ABŞ
prezidenti Donald Trampın tərəflərin Ukraynadakı münaqişənin sona
çatmasına yaxınlaşması ilə bağlı açıqlamasına münasibət bildirərkən
səsləndirib.
Kremlin nümayəndəsi qeyd edib ki, işlər davam edir və müəyyən
irəliləyiş var, hazırda isə Ankoricdə razılaşdırılmış mexanizmin
tətbiqi əsas məsələdir.


