İran və Azərbaycan arasında kommunikasiyalar genişlənir

Baş səhifə

Bakı. Trend:

30 il bundan öncə Zəngəzur dəhlizinin adı belə keçməyən
vaxtlarda biz azərbaycanlə qardaşlarımız üçün Araz dəhlizini
yaratmışdıq.

Trend xəbər
verir ki, bunu bu gün İran İslam Respublikasının xarici işlər
nazirinin konsulluq və parlament məsələləri üzrə müavini Vəhid
Cəlalzadə kütləvi informasiya vasitələrinin nümayəndələri ilə
dostluq görüşündə deyib.

O qeyd edib ki, ölkələrin suverenliyinə və ərazi bütövlüklərinə
hörmətlə yanaşırıq.

“Azərbaycan rəsmiləri hər zaman bizdən Araz dəhlizi barəsində
soruşurlar. Biz oradakı avtomobil yolunu genişləndirərək dörd
zolaqlı edəcik. Ümid edirik ki, Kəlalə Ağbənd dəmir yolunun mart
ayında açılışını edəcəyik və bu kommunikasiyalar iki ölkə arasında
münasibətlərin inkişafına töhfə verəcək”, – İran rəsmisi əlavə
edib.