Fransa hökumətinin gələcək aqibətinə aydınlıq gəldi – Parlamentdə etimadsızlıq səsverməsi keçirilib

Baş səhifə

Bakı. Trend:

Fransa parlamentində gün ərzində ikinci dəfə baş nazir Sebastyan
Lekornünün hökumətinə qarşı irəli sürülmüş etimadsızlıq qətnaməsi
qəbul olunmayıb.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu Fransanın nazirlər kabinetini istefaya
göndərmək üçün ardıcıl altıncı cəhd idi.

Lekornü və onun hökumətinə qarşı etimadsızlıq səsverməsi
“Fətholunmaz Fransa” və “Milli Birlik” partiyalarının təşəbbüsü ilə
keçirilib. Buna səbəb hökumətin 2026-cı il dövlət büdcəsi haqqında
qanun layihəsini parlamentdən yan keçməklə qəbul etmək üçün ölkə
konstitusiyasının 49.3-cü maddəsinin verdiyi hüquqdan istifadə
etməsi olub.




İkinci etmiadzlıq votumu üzrə keçirilən səsvermədə onun lehinə
142 deputat səs verib, halbuki qəbul üçün 288 səs tələb
olunurdu.

Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron Sebastyan
Lekornünün hökumətinə qarşı etimadsızlıq votumunun qəbul ediləcəyi
təqdirdə parlamenti dərhal buraxacağını bəyan etmişdi.