
Bakı. Trend:
“Mançester Yunayted”dən ayrılacaq Kazemironun yeni mövsümə hansı
komandada başlayacağı hələ ki dəqiqləşməyib.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, 33 yaşlı futbolçuya müxtəlif
klublardan təkliflər var.
Onlar arasında “Korintians”, “Fənərbaxça”, “Əl-Əhli”, “Milan”
klublarının adı çəkilir.
Braziliyalı futbolçunun “Mançester Yunayted”lə müqavilə müddəti
2026-cı il iyunun 30-na qədərdir.
O, karyerası ərzində “Sao Paolo”, “Real”(Madrid), “Porto”
klublarında oynayıb.


