
Stokholm arbitraj tribunalı “Ermənistan Elektrik Şəbəkələri” QSC ilə bağlı işi üzrə ev dustaqlığında olan iş adamı Samvel Karapetyanın ailəsinin irəli sürdüyü tələbləri tamamilə rədd edib.
“Report”un yerli KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan hökumətinin bəyanatında bildirilib.
Qeyd olunub ki, məhkəmə onların tələb etdiyi təminat tədbirlərinin əsassız olduğu qənaətinə gəlib.
“Stokholm arbitraj tribunalı 2025-ci il dekabrın 24-də “Liormand Holdings Limited”, Samvel Karapetyan, Eteri Karapetyan, Sarkis Karapetyan və Karen Karapetyanın təqdim etdiyi ərizəni tamamilə rədd edib”, – məlumatda bildirilib.
Ərizə çərçivəsində, digər tələblərlə yanaşı, Arbitraj Tribunalından “Ermənistan Elektrik Şəbəkələri” QSC-nin lisenziyasını və onun idarəetmə orqanları üzvlərinin səlahiyyətlərini bərpa etmək, həmçinin təyin edilmiş müvəqqəti idarəedicinin səlahiyyətlərinə xitam vermək tələb edilib.
Məlumat yenilənir
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin


