Rövşən Nəcəf: “Dekarbonizasiya investisiyalar uğrunda rəqabətdə uduzur”

Baş səhifə
Rövşən Nəcəf: Dekarbonizasiya investisiyalar uğrunda rəqabətdə uduzur

Bu gün dekarbonizasiya investisiyalar uğrunda mübarizədə iqtisadiyyatın digər sektorlarına, ilk növbədə sürətli və aydın kapital qaytarma dövrü olan yüksək texnologiyalı sahələrə uduzur.

“Report”un məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Dünya İqtisadi Forumu 2026-nın (WEF 2026) çərçivəsində keçirilən panel müzakirəsində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, vəziyyətin obyektiv qiymətləndirilməsi üçün enerji keçidini həm sektorlararası, həm də sektordaxili baxımdan nəzərdən keçirmək lazımdır.