Yasamal sakini dəm qazından zəhərlənərək öldü

Baş səhifə

Bakı.Trend:

Yasamal sakini fərdi yaşayış evində dəm qazından boğularaq
ölüb.

Trend-in
məlumatına görə, hadisə ötən gün saat 21 radələrində baş verib.




Belə ki, 2001-ci il təvəllüdlü Əhmədzadə Əhmədəli Sahib oğlu
yaşadığı Yasamal rayonu, Mirzə Cabbar Məmmədzadə küçəsində yerləşən
evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı Yasamal rayon prokurorluğunda araşdırma
aparılır.