Niderland 2026-cı ildə Kiyevə artıq 133 milyon avrodan çox yardım ayırıb

Baş səhifə

Bakı. Trend:

Niderlandın 2026-cı ildə Ukraynaya ayırdığı hərbi yardımın ümumi
məbləği 133 milyon avroya çatıb.

Trend-in məlumatına görə, bu barədə “NL Times” portalı Xarici
Ticarət və Beynəlxalq İnkişaf Əməkdaşlığı üzrə Dövlət Katibi Aukye
de Vrisə istinadən xəbər verib.




Məlumata əsasən, Niderland hökumətinin Ukraynanın enerji
sektorunu dəstəkləmək üçün əlavə 23 milyon avro ayırmaq qərarından
sonra Kiyev üçün 2026-cı ildə maliyyələşdirmənin miqyası bu
səviyyəyə çatdı. Vəsait əsasən Kiyevə xaricdən qaz təchizatını
təmin etmək, zədələnmiş enerji infrastrukturunu bərpa etmək və
generatorlar və kabellər də daxil olmaqla, Hollandiya istehsalı
olan zəruri avadanlıqların alınmasına sərf olunacaq.

Portalın hesablamalarına görə, Niderland Ukraynaya hər il
təxminən 3,5 milyard avro ayırır. 2026-cı il üçün Kiyevə dəstək
üçün ayrılan büdcənin təxminən 2 milyard avrosu artıq 2025-ci ildə
xərclənib.