Bakı. Trend:
Almaniyanın “Bavariya” klubu ilə Belçikanın “Yunion” klubu
arasında UEFA Çempionlar Liqasının yeddinci turunun oyunu başa
çatıb.
Trend-in
məlumatına görə, komandalar Almaniyanın Münhen şəhərindəki “Arena
München” stadionunda qarşılaşıb.
Meydan sahibləri 2:0 hesablı qələbə qazanıblar.
“Bavariya”nın hücumçusu Harri Keyn 52-ci dəqiqədə hesabı açıb.
Keyn 55-ci dəqiqədə penaltidən ikinci qolunu vurub.
Turun digər oyununda “Liverpul” Fransada “Marsel”in qonağı olub.
Qonaqlar matçda 3:0 hesabı ilə qalib ayrılıblar.
“Nyukasl Yunayted” doğma meydançada PSV-ni sınağa çəkib. Oyun
meydan sahiblərinin böyükhesablı qalibiyyəti ilə yekunlaşıb –
3:0.
Çexiyada keçirilən “Slaviya” – “Barselona” matçı məhsuldar olub.
Qonaqlar 4:2 hesabı ilə qələbə qazanıblar.
“Yuventus” Turində “Benfika”nı qəbul edib. İtaliyalılar matçdan
2:0 hesabı ilə qalib ayrılıblar.
55-ci dəqiqədə “Yuventus”un yarımmüdafiəçisi Kefren Türam-Yulyen
komandasını hesabda irəli çıxarıb. 64-cü dəqiqədə Veston Makkenni
Turin təmsilçisinin üstünlüyünü ikiqat artırıb.
İngiltərədə “Çelsi” və Kiprin “Pafos” klubu üz-üzə gəlib. Matç
İngiltərə klubunun minimal hesablı qələbəsi ilə bitib – 1:0.
Oyunun yeganə qolunu 78-ci dəqiqədə Moyses Kaysedo vurub.
“Atalanta” öz meydançasında “Atletik Bilbao” ilə qarşılaşıb.
Oyun İspaniya təmsilçisinin qələbəsi ilə qurtarıb – 3:2.

