Prezident İlham Əliyev Davosda “Vitol” şirkətinin baş icraçı direktoru ilə görüşüb (FOTO)

Baş səhifə

Davos. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın
21-də Davosda “Vitol” şirkətinin baş icraçı direktoru Rassel Hardi
ilə görüşüb.

Trend xəbər verir
ki, söhbət zamanı Azərbaycanda həyata keçirilən neft strategiyası
barədə məlumat verildi, ölkəmizin Avropanın enerji
təhlükəsizliyinin təmin edilməsində roluna toxunuldu. Bu xüsusda
bir neçə Avropa ölkəsinin, o cümlədən Avropa İttifaqına bir sıra
üzv dövlətlərin Azərbaycan qazı ilə təchiz edilməsi vurğulandı.

Görüşdə ölkəmizlə bu şirkət arasında əməkdaşlıq məsələləri ilə
bağlı fikir mübadiləsi aparıldı.

Qeyd edək ki, baş ofisi Rotterdam şəhərində yerləşən “Vitol”
dünyanın aparıcı neft ticarəti şirkətlərindən biridir. 1966-cı ildə
qurulan “Vitol” qrupu dünyanın üç əsas xam neft broker şirkəti
sırasına daxildir.