“Qarabağ”ın futbolçusu “Ayntraxt”la oyunun ən yaxşısı seçilib

Baş səhifə

Bakı. Trend:

“Qarabağ”ın futbolçusu Kamilo Duran UEFA Çempionlar Liqasının
əsas mərhələsinin VII turunda “Ayntraxt”a (Almaniya) 3:2 hesabı ilə
qalib gəldikləri görüşdə “matçın oyunçusu” seçilib.

Trend-in
məlumatına görə, o, Tofiq Bəhramov adına Respublika Stadionunda
təşkil olunan qarşılaşmada dubl edib.

Futbolçu 4-cü və 80-ci dəqiqələrdə adını tabloya yazdırıb.




Bu nəticədən sonra “Qarabağ” turnir cədvəlində 10 xalla 17-ci, 4
xala malik “Ayntraxt” isə 33-cü pillədə qərarlaşıb.

Azərbaycan çempionu sonuncu matçını yanvarın 29-da İngiltərədə
“Liverpul” klubuna qarşı keçirəcək.