“Trabzonspor” hücumçusunu bu kluba satdı

Baş səhifə

Bakı. Trend:

Anderlext” hücum xəttini yeni oyunçu ilə gücləndirib.

Trend xəbər verir ki, bu
barədə xarici KİV-lər məlumat yayıb.




Məlumata görə, Belçika klubu “Trabzonspor”dan Danilo Sikanı
transfer edib. “Anderlext” Sikan üçün Türkiyə klubuna 4 milyon avro
təzminat ödəyib. 24 yaşlı forvardla 2030-cu ilin yayına kimi
nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, “Trabzonspor” Danilo Sikanı 2025-ci ilin
yanvarında “Şaxtyor”dan 6 milyon avroya transfer etmişdi.