
Bakı. Trend:
ABŞ-nin “Ford” şirkəti 119 075 avtomobil geri çağırılır.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Milli Yol
Nəqliyyat Təhlükəsizliyi Administrasiyası (NHTSA) məlumat
yayıb.
Məlumata görə, səbəb mühərrik blokunun qızdırıcısının çatlayaraq
soyuducu maye sızdırma ehtimalıdır ki, bu da qısa qapanmaya və
qızdırıcı qoşulduqda yanğın riskinin artmasına səbəb ola bilər.
Geri çağırış siyahısına müəyyən “Ford Focus”, “Escape”, “Explorer” və “Lincoln MKC” modelləri daxildir.
Sahiblərə NHTSA tərəfindən tövsiyə olunur ki, avtomobillər təmir
olunana qədər blok qızdırıcılarını qoşmasınlar. Avtomobil
satıcıları isə blok qızdırıcılarını pulsuz əvəz edəcək.


