“Trabzonspor”un futbolçusu Belçika klubuna keçib

Baş səhifə
Trabzonsporun futbolçusu Belçika klubuna keçib

Türkiyənin “Trabzonspor” klubunun futbolçusu Danilo Sikan “Anderlext”ə (Belçika) keçib.

“Report” xəbər verir ki, bu barədə Belçika təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

24 yaşlı forvardla müqavilənin müddəti 2030-cu ilə qədər nəzərdə tutulub.

Qeyd edək ki, hücumçu ötən mövsümün ortasında “Trabzonspor”a keçmişdi. O, Türkiyə klubunun heyətində meydana çıxdığı 34 matçda 7 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.