Bakıda sürücü sərnişinin pulunu oğurladı

Baş səhifə

Bakı.Trend:

Paytaxtın Səbail rayonunda vətəndaşlardan birinin içərisində 220
manat və bank kartı olan pul kisəsi oğurlanıb.

Trend xəbər
verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlə
əməli törətməkdə şübhəli bilinən 34 yaşlı N.İslamov saxlanılıb.
Araşdırmalarla onun sürücüsü olduğu avtobusa sərnişin qismində
əyləşən zərərçəkənin pul kisəsini taladığı və sonradan bank kartı
ilə alış-veriş etdiyi də məlum olub.




Paytaxt ərazisində keçirilən digər tədbir nəticəsində isə
vətəndaşların birinin bank kartından oğurluq etməkdə şübhəli
bilinən 27 yaşlı T.Quliyev də müəyyən olunaraq saxlanılıb.

Hər iki fakt üzrə araşdırmalar davam etdirilir.