Ötən il Azərbaycanın elektrik enerjisi ixracından əldə etdiyi gəlirlərin həcmi açıqlandı

Baş səhifə

Bakı. Trend:

2025-ci ildə Azərbaycan 1,231 milyard kilovatt-saat elektrik
enerjisi ixrac edib.

Bu barədə Trend
Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Məlumata görə, elektrik enerjisinin ixracından əldə olunan gəlir
70,1 milyon ABŞ dolları təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə elektrik enerjisinin ixracı
həcm ifadəsindən 522 milyon kilovatt-saat və ya 29,8%, dəyər
ifadəsində isə 24 milyon ABŞ dolları və ya 25,5% azalıb.

2025-ci ildə elektrik enerjisin ixracının qeyri-neft
sektorundakı payı 1,93% təşkil edib.




Qeyd edək ki, 2025-ci ildə Azərbaycan xarici ölkələrlə 49,423
milyard ABŞ dolları dəyərində ticarət əməliyyatları həyata
keçirib.

Ötən illə müqayisədə bu göstərici 1,810 milyard ABŞ dolları və
ya 3,8% artıb.

Xarici ticarət dövriyyəsinin 25,043 milyard ABŞ dolları ixrac,
24,380 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son il ərzində
ixrac 1,5 milyard ABŞ dolları və ya 5,7% azaldığı halda, idxal
3,322 milyard ABŞ dolları və ya 15,8% artıb.

Nəticədə xarici ticarətdə 663 milyon ABŞ dolları həcmində müsbət
saldo yaranıb ki, bu da keçən ilki göstərici ilə müqayisədə 4,833
milyard ABŞ dolları və ya 8,3 dəfə azdır.

Ötən illə müqayisədə bu göstərici 1,810 milyard ABŞ dolları və
ya 3,8% artıb.