Rusiyada məktəblilər dərslər zamanı pilotsuz uçuş aparatları yığacaqlar

Baş səhifə

Rusiyada məktəblilər dərslər zamanı pilotsuz uçuş aparatları yığacaqlar.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə qərar Rusiya hökuməti tərəfindən təsdiqlənib.

Uşaqlara Vətən Təhlükəsizliyi və Müdafiəsinin Əsasları dərsləri zamanı PUA-ları necə yığmaq və idarə etmək öyrədiləcək.

Proqrama PUA konstruksiyası və onların praktiki idarəetməsi haqqında əsas biliklər daxildir.

Nazirlər Kabineti artıq təxminən 90 fənni əhatə edən tədris vəsaitlərinin siyahısını təsdiqləyib.