UNEC dünyada mövqeyini gücləndirir

Baş səhifə

Bakı. Trend:

“Times Higher Education” (THE) reytinq agentliyi tərəfindən
açıqlanan “World University Rankings by Subject” nəticələrinə
əsasən, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)
ixtisaslar üzrə dünya reytinqində növbəti uğurunu əldə edib.




İlk dəfə olaraq, UNEC Biznes və İqtisadiyyat, həmçinin Sosial
elmlər istiqamətləri üzrə dünya reytinqində 501–600-cü yerlə
yüksəlib. Bununla yanaşı, UNEC Fiziki elmlər üzrə 601–800,
Mühəndislik sahəsi üzrə isə 801–1000-ci yerləri tutub.