Neveş “Real”a keçmək istəyir

Baş səhifə

Bakı. Trend:

Ruben Neveş Avropanın top-klublarından birində çıxış etmək
istəyir. Daha əvvəl bildirilirdi ki, yarımmüdafiəçi “Əl-Hilal”la
müqaviləni uzatmaqdan imtina edir və 18 milyon funt-sterlinqdən də
az məbləğə “Mançester Yunayted” və ya “Nyukasl”a keçə bilər.

Trend xəbər verir ki,
futbolçunun qışda “Real”a qoşulmaq istədiyi açıqlanıb. “Kral
klubu”nun məşqçilər heyəti yarımmüdafiənin gücləndirilməsinə
ehtiyac olduğunu düşünür, lakin rəhbərlik Neveşin oyun səviyyəsinə
şübhə ilə yanaşır. Üstəlik, müqaviləsi yayda bitdiyi üçün “Real”
yanvarda onun üçün pul ödəmək istəmir.




Qeyd edək ki, oyunçunun “Əl-Hilal”dan çox sərfəli təklifi var,
amma o, “Real”da oynamaq istəyir.